Fövqəladə Halların İdarəedilməsi Xidməti - Borcomidə müxtəlif mürəkkəblikdə yanğın ocaqları qeydə alınır, yanğının söndürülməsi işləri aktiv şəkildə aparılır
Fövqəladə Halların İdarəedilməsi Xidməti - Borcomidə müxtəlif mürəkkəblikdə yanğın ocaqları qeydə alınır, yanğının söndürülməsi işləri aktiv şəkildə aparılır

 

Fövqəladə Halların İdarəedilməsi Xidməti tərəfindən mürəkkəb relyefə baxmayaraq, Borcomi Munisipalitetində yanğınsöndürmə işlərinin davam etdiyi deyilir.

İdarədən verilən məlumatda, yanğının lokallaşdırılması və söndürülməsi işlərinin aktiv şəkildə davam etdirildiyi qeyd olunub.

” Müxtəlif mürəkkəblikdə yanğın ocaqları hələ də qeydə alınır. Yanğınsöndürmə əməliyyat rayonu üç sektora bölünüb və hər üç sektorda aktiv lokallaşdırma və söndürmə işləri aparılır.

Yanğının söndürülməsində 300 yanğınsöndürən-xilasedici və Xüsusi Tapşırıqlar Şöbəsinin 300 əməkdaşı iştirak edir. Sərhəd polisinin helikopterləri hələ də yanğının söndürülməsində iştirak edir və müvafiq yanğın-xilasetmə texnikası səfərbər olunub. Dronlarla yanğının monitorinqi aparılır”-deyə Fövqəladə Halların İdarəedilməsi Xidmətinin məlumatında deyilir.