Fövqəladə Halların İdarəedilməsi Xidmətində, Borcomidə yanğının yaşayış məntəqələrinə keçmə təhlükəsinin hazırda aradan qaldırıldığı bildirilir
Borcomi Munisipalitetində yanğının yaşayış məntəqələrinə keçmə təhlükəsi hazırda aradan qaldırılıb. Bu barədə məlumatı Fövqəladə Halların İdarəedilməsi Xidməti yayır.
İdarədən verilən məlumatda, sərhəd polisinə məxsus helikopterlərin səhər saatlarından yanğını söndürmə işlərini bərpa etdiyi deyilir. Bununla yanaşı, hadisə yerinə yanğınsöndürmə-xilasetmə texnikası cəlb olunub.
“Yanğınsöndürmə işləri gecə boyu aparılırdı. Bu vaxt üçün yanğının söndürülməsinə 300 yanğınsöndürən-xilasedici və Xüsusi Tapşırıqlar Şöbəsinin 300 əməkdaşı cəlb olunub.
Sərhəd polisinə məxsus helikopterlər səhər saatlarından yanğının söndürülməsi prosesinə yenidən qoşulublar. Hadisə yerinə yanğınsöndürmə-xilasetmə texnikası cəlb olunub.
Bu vaxt üçün yanğının yaşayış məntəqələrinə keçmə təhlükəsi aradan qaldırılıb.
Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən Müdafiə Nazirliyinin şəxsi heyəti, Milli Meşə Təsərrüfatı Agentliyinin və yerli munisipalitetin nümayəndələri hadisə yerindədirlər.
Daxili işlər nazirinin müavini İoseb Chelidze və Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvilinin rəhbərlik etdiyi Operativ İdarəetmə Qərargahı yaradılıb” -deyə Fövqəladə Halların İdarəedilməsi Xidmətinin məlumatında qeyd olunur.