Fövqəladə Halların İdarə Edilməsi Xidməti - Quriya və Acarada təbii fəlakət bölgəsində müvafiq bölmələrin nümayəndələri zəruri tədbirlər görür, 3 nəfərin axtarışı davam etdirilir
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin nümayəndələri Quriya və Acara bölgələrində təbii fəlakət bölgəsinə səfərbər olunub və öz səlahiyyətləri daxilində zəruri tədbirləri həyata keçirirlər.
Məlumata görə, bu mərhələdə onlar Quriyanın müxtəlif kəndlərində üç nəfəri axtarırlar.
“Daxili İşlər Nazirliyinin 112 xidmətinə, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinə Quriya və Acara bölgələrindən 100-dən çox bildiriş daxil olub. Güclü yağışlar nəticəsində yaşayış evlərini, tarlaları su basıb, ağaclar sınıb, torpaq kütlələri dağılıb, Quriyanın bir neçə kəndinin ətraf aləmlə əlaqəsi kəsilib.
Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri təbii fəlakət bölgəsinə səfərbər olunub və öz səlahiyyətləri daxilində zəruri tədbirlər həyata keçirirlər. Hazırda Quriyanın müxtəlif kəndlərində ikisi azyaşlı olmaqla üç nəfərin axtarışı aparılır. Yanğınsöndürmə-xilasetmə qrupları tam səfərbər olunub, müvafiq işlər aparılır və bütün bildirişlərə mərhələli şəkildə reaksiya verilir”, – deyə məlumatda qeyd olunub.