Fövqəladə Halların İdarə Edilməsi Xidməti yüksək temperatur və yağmursuz hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edir
Fövqəladə Halların İdarə Edilməsi Xidməti yüksək temperatur və yağmursuz hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edir

 

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti yüksək temperatur və yağmursuz hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edir.

“Bildirmək istərdik ki, önümüzdəki günlər ərzində bütün Gürcüstan miqyasında yüksək temperatur və yağmursuz hava şəraiti qorunacaq. Bundan başqa, yüksək dağlıq bölgələrdə havanın yüksək temperaturu ilə yanaşı, güclü külək gözlənilir ki, bu da meşə yanğınlarını təşviq edəcək amillərə səbəb olacaq. Fövqəladə Halların İdarə Edilməsi Xidməti olaraq, mümkün fəsadların qarşısını almaq üçün sizi yüksək mülki məsuliyyət göstərməyə, kənd təsərrüfatı torpaqlarında, meşə və ya çöl yaxınlığında ocaq qalamamağa və yanğın ocaqlarını nəzarətsiz qoymamağa çağırırıq.

Məişət tullantılarının öz-özünə alovlana biləcəyini nəzərə almaq lazımdır, buna görə də ətraf mühiti çirkləndirməyin.

Tüstü və ya yanğın qeydə alsanız dərhal Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə ,112-yə xəbər verin”- deyə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin məlumatında qeyd olunur.