Fövqəladə halların idarə edilməsi xidməti 31 yeni yanğınsöndürən maşın alıb
Fövqəladə halların idarə edilməsi xidməti 31 yeni yanğınsöndürən maşın alıb

Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsi xidməti tərəfindən mərhələli şəkildə gətiriləcək 31 ədəd müasir Avropa standartlı “İveco Magirus” markalı yanğınsöndürən avtomobillər alınıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Temur Mqebrişvili şəxsən “Magirus” zavodunda olub və yeni yanğınsöndürmə maşınının imkanları ilə tanış olub.
Xüsusi olaraq Gürcüstan üçün nəzərdə tutulmuş yanğınsöndürən maşınlar ölkənin bütün regionlarına paylanacaq.

Yeni yolsuzluq yanğınsöndürən maşınlar meşə yanğınları ilə mübarizə üçün nəzərdə tutulub və bütün müvafiq müasir texniki xüsusiyyətlərə malikdir.

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidməti yanğın-xilasetmə donanmasının yenilənməsini fəal şəkildə davam etdirir. Fövqəladə hallara cavab tədbirlərinin keyfiyyətini artırmaq məqsədilə bir sıra texnika və xüsusi texnikanın yenilənməsi layihələri nəzərdə tutulub.