Fövqəladə Hallar İdarəsi Xidmətinin Yanğınsöndürmə-Xilasetmə Qüvvələri Departamentinn rəisi, David Suxişvili bəyan edir ki, Borcomi munisipalitetində yanğının söndürülməsi prosesini iqlim şəraiti çətinləşdirir.
Elə onun sözlərinə görə, hadisə yerinə Sərhəd Polisinin 3 helikopteri səfərbər olunub və onlar güclü külək səngiyən kimi yanğınsöndürmə işlərinə davam edəcəklər.
“Yanğınsöndürənlərin və xilasedicilərin sayı da artırılaraq 250-yə qədər yanğınsöndürən və xilasedici səfərbər olunur. Eləcə də, ərazidə müvafiq avadanlıqlarımız var və yanğını söndürmək üçün işləyirik”, – David Suxişvili bəyan etdi.