Fövqəladə hallar idarəsi xidmətində islahatlar başladı
Fövqəladə hallar idarəsi xidmətində islahatlar başladı

Giorgi Mğebrişvili Fövqəladə hallar idarəsi xidmətində islahatlara başladı və idarənin əməkdaşları ilə görüş keçirdi.

İqtidar administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Giorgi Mğebrişvili cari islahatların detalları haqqında danışdı və qeyd etdi ki, dəyişikliklərdən sonra, əhəmiyyətli şəkildə artan büdcə ilə bərabər, bu il də, yanğın söndürən və xilas edicilərin sosiyal təminatı yaxşılaşdırılacaq və sistem yeni texnika ilə təchiz edilir.

“Fövqəladə hallar və krizislərin idarə xidmətinə iqtidar xüsusi diqqət verir və mövcud olan problemlərin həlli üçün maksimal resursların mobilizasiyasını  həyata keçirir. Bizim də ambisiyamız var ki, qərb standartlarına müvafiq xidmət yaradaq” – dedi Giorgi Mğebrişvili.

Sistemdə kadr dəyişiklikləri həyata keçirilir.

Bugün Giorgi Mğebrişvili fövqəladə hallar agentliyinin rəhbəri olaraq, Aleksandre Xvadagişviliyi təqdim etdi.