Fotoqrafların işi ilə bağlı doğrulanan fotoqraflar onlara verilən mənəvi zərərin kompensasiyası üçün məhkəməyə şikayət edirlər
2011-ci ilin mayın 26-da baş verən hadisələri işıqlandırmaq məsələsi ilə bağlı həbs edilən fotoqraflar İrakli Gedenidze, Natia Gedenidze, Zurab Kurtsikidze və Giorgi Abdaladze, onların qeyri-qanuni həbsi və reputasiyalarına xələl gətirilməsinə görə, onlara verilən mənəvi zərərin kompensasiyasını tələb etmək məqsədi ilə, Tbilisi Şəhər Məhkəməsinə müraciət edirlər.
Fotoqrafların vəkili Amiran Giunaşvili bəyan edir ki, “Gürcü Arzusunun” hakimiyyətə gəlməsindən sonra, baş prokurorluq həbs edilən fotoqraflarla bağlı məhkəməyə müraciət etdi və 2011-ci ilin iyunun 22-də verilən qərarın ləğv olunmasını tələb etdi.
Bunlardan irəli gələrək, zərər çəkən fotoqraflar, onlara konstitusiya ilə verilən haqqdan istifadə edərərk, sabiq hakimiyyət tərəfindən qeyri-qanuni həbs edilmələri zamanı, onlara verilən mənəvi zərərin kompensasiyası üçün məhkəməyə şikayət daxil edirlər.