“Formula” teleşirkətinin direktoru-Davit Kezeraşvili onun haqqında hazırlanan süjetlə bağlı “BBC”yə qarşı iddia qaldırıb
Davit Kezeraşvili onun haqqında hazırlanan süjetlə bağlı “BBC”yə qarşı iddia qaldırıb-bu barədə “Formula” teleşirkətinin direktoru Zuka Qumbaridze açıqlayıb.
“Formula”nın direktorunun “Netgazet”ə verdiyi məlumata görə, şikayət birbaşa “BBC”yə göndərilib. Şikayət ərizəsində “reportajdakı faktları təkzib etmək” tələb olunur.
Qumbaridzenin sözlərinə görə, Britaniya təcrübəsinə əsasən, məhkəməyə müraciət etməzdən əvvəl ilk növbədə yayımçının hüquq şöbəsinə müraciət etmək lazımdır.
Dünən “Formula” televiziya şirkəti keçmiş müdafiə naziri Davit Kezeraşvilinin “BBC”yə qarşı şikayət iddiası qaldırması barədə məlumat yayıb. “Formula”nın məlumatına görə, Kezeraşvili “BBC” süjetində səsləndirilən ittihamların son dərəcə yalan olduğunu açıqlayıb.
Britaniyanın İctimai Yayımçısı avropalı təqaüdçülərin soyulması sxeminin deşifrə edildiyi, zəng mərkəzlərinin işi ilə bağlı jurnalist araşdırmasının materiallarını dərc edib və fırıldaqçılıq sxeminin təşkilatçısı kimi Davit Kezeraşvilinin adı çəkilib.