"Forbes" - Ukrayna Kurskda davam edən döyüşə daha iki desant-hücum briqadasını qoşub
"Forbes" - Ukrayna Kurskda davam edən döyüşə daha iki desant-hücum briqadasını qoşub

 
Kursk bölgəsində davam edən döyüşə Ukrayna ordusunun daha iki, 82-ci və 95-ci desant-hücum briqadası qoşulub – bu haqda məlumatı “Forbes” yayır.

Nəşrin məlumatına əsasən, ümumilikdə Kursk bölgəsinə Ukrayna ordusunun altı briqadası, iki müstəqil batalyon və pilotsuz uçuş aparatlarının, artilleriya, kəşfiyyat və xüsusi təyinatlıların köməkçi bölmələri daxil olub.

Ukrayna Kurska ümumilikdə 15 000-dək əsgər yeridib.

Nəşr, Kursk vilayətinə göndərilən bir çox briqada və batalyonların cəbhənin Pokrovski, Toretsk və Çasiv Yar kimi digər aktiv sektorlarından köçürüldüyünü yazır.