“Forbes” – Ukrayna hərbçiləri Rusiyanın Su-34 qırıcı-bombardmançısını Qərb F-16 qırıcısı ilə vurub

16:02, 13.10.2024

Ukrayna hərbçiləri Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini Qərb F-16 təyyarədaşıyıcısı ilə vurub. Bu barədə “Forbes” Rusiyanın “Telegram” kanallarına istinadən xəbər verir.

Geniş yayılmış məlumatlara görə, oktyabrın 12-də Ukraynada Rusiyaya məxsus hərbi təyyarə vurulub.

Rusiya və Ukrayna Müdafiə Nazirliyi açıqlama verməyib, lakin Rusiya xəbər mənbələri Rusiya hərbi təyyarəsinin cəbhə xəttinin 50 kilometrliyində vurulduğunu və bunun Amerika istehsalı olan F-16 tərəfindən edildiyini yazır.

Belçika, Danimarka, Hollandiya və Norveç, ABŞ prezidenti Co Baydenin çoxməqsədli döyüş təyyarələrinin təhvil verilməsini təsdiqləməsindən sonra Ukraynaya 90-dan çox F-16 tədarük edəcəyinə söz verib.

İlk təyyarələr Ukraynaya avqustda gəlib.

Ukrayna mediasına görə, vurulma faktı təsdiqlənərsə, bu, ABŞ təyyarəsinin pilotlu Rusiya qırıcısını ilk dəfə vurması olacaq.

Oxşar