"Forbes" - nəyə görə gürcü şərabı dünyanın ən nadir şərabları arasındadır
"Forbes" - nəyə görə gürcü şərabı dünyanın ən nadir şərabları arasındadır

Nəyə görə gürcü şərabı dünyanın ən nadir şərabları arasındadır, – bu başlıqlı məqaləni “Forbes” Amerika nəşri dərc etdirir.

Məqalədə deyilir ki, Gürcüstanda ağ şərabın hazırlanmasının xüsusi qaydası mövcuddur. “Bu tendensiya dünyanın başqa ölkələrində də populyar oldu, lakin onun kökləri gürcü mədəniyyətinin dərinliyindən gəlir”, – məqalədə deyilir.

Məqalədə həmçinin “Gürcü Şərabı Evinin” satışlar meneceri, Noel Broketin dəyərləndirməsi də yer alır.

“Gürcülərin şərabı nə qədər sevdiklərində də nəsə xüsusilik var. Bu biraz eksentrikdir – bu mədəniyytin və hərgünlüyün ayrılmaz hissəsidir”, – gürcü “çoxasını” geymiş Noel Broket deyir.

Məqalənin müəllifinin yazdığına görə, Gürcüstanda ənənəvi şərabçılıq həmişə ev işi olubdur və həmişə tarix, din və mifologiya ilə bağlı idi.

“Şərabçılıq mədəniyyəti olan Fransa və İtaliya kimi ölkələri xatırlasaq, Gürcüstan buni tamamilə başqa səviyyəyə qaldırdı”, – Gürcüstanda üç dəfə qonaq olan Teylor Parsons deyir.

Məqalədə qeyd olunur ki, səkkiz min illik tarixinə baxmayaraq, gürcü şərabı dünya şərabı xəritəsində az öncə göründü.

Məqalə deyildiyi kimi, Xəzər və Qara Dəniz arasında yerləşən kiçik respublikada şərabçılıq Sovet İttifaqı dövründə 2003 ilədək zərər çəkmişdi. Tarixi üzüm ucuz zavod şərabının hazırlanması üçün istifadə olunurdu.

“Forbes” qeyd edir ki, gürcü şərabçılar arasında ənənəvi şərabçılar və eləcə də miqrantlar təqdim olunublar. Məsələn, Arien Juliyen və Giom Queru – onlar Saqarecoda “Lapati” fermasını açıblar. Onlar Yaponiya, Danimarka və ABŞ üçün 12 min butulkaya qədər şərab hazırlayırlar.

Məqalənin sonunda müəllif oxuculara gürcü şərabının beş növünü dadmağı məsləhət görür – kisi, yaşıl, rkasiteli, saperavi və sinandali.