“Forbes” Avropada Yeni ili qarşılamaq üçün ən yaxşı on yerin adını açıqlayıb, onların arasında Tbilisi beşinci yerdədir
“Forbes” nəşri Avropada Yeni ili qarşılamaq üçün ən yaxşı 10 yerin adını açıqlayıb, onların arasında Tbilisi də var. Reytinq tərtib etmək üçün turizm ekspertləri 112 ölkədən 11 963 nəfərlə müsahibə aparıblar. Reytinqdə son altı il dalbadal birinci yeri Madeyra adaları, ikinci yeri İspaniyanın Alboran dənizi sahilində yerləşən Marbella şəhəri, üçüncü yeri London, dördüncü yeri isə Portuqaliyanın paytaxtı Lissabon tutur.
Tbilisi reytinqdə 5-ci yerdədir. “Forbes”in yazdığı kimi, Gürcüstanın paytaxtı London və Parisdən fərqli olaraq çox əlverişli qiymətlər, təhlükəsizlik və sadələşdirilmiş viza qaydaları ilə səyahətçilər üçün cəlbedicidir. Burada qeyd olunur ki, Tbilisi qurmanların və şərab həvəskarlarının sevimli məkanıdır. Şəhər Milad və Yeni il şənlikləri üçün gözəl bəzədilib və bu əhvali-ruhiyyə yanvarın ortalarına qədər davam edir. Həmçinin, Tbilisini Avropanın ən gözəl şəhərlərindən birinə çevirən Yeni il konsertləri və Milad bazarları təşkil edilir.
Reytinqdə həmçinin Praqa, İbiza, San Miqel, Edinburq və Porto yer alıb.