"Foks Nyusun" xəbərlər buraxılışında Marneulini Corciya ştatı kimi göstərdilər (video)
“Foks Nyus” Amerika teleşirkətinin xəbərlər buraxılışında Marneulini Corciya ştatının hissəsi kimi göstərdilər.
Marneulini Vermont ştatının Monpelye şəhərinin, Virciniya ştatının Riçmond şəhərinin və Nyu York ştatının Olban şəhərinin yanında, Corciya ştatının qəsəbəsi kimi göstərdilər.
“Foks Nyus” Amerika ştatlarında keçirilən nümayişlərin kadrları yanında, Marneulidə keçirilən aksiyanı efirə buraxdı. Reportajda Amerikanın müxtəlif ştatlarında iqtisadiyyatın açılması tələbi ilə keçirilən aksiyalardan söhbət gedirdi.