“Fox News”un ilkin məlumatlarına görə, Donald Tramp ABŞ-ın 47-ci prezidenti olub
“Fox News”un ilkin məlumatlarına görə, Donald Tramp ABŞ-ın 47-ci prezidenti olub.
Medianın proqnozuna görə, Donald Tramp seçki kollegiyasının 277, Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kəmalə Harris isə 226 səsə malikdir.
Məlumat üçün bildirək ki, Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri davam edir. Seçkilərdə Respublikaçılar Partiyasından keçmiş prezident Donald Tramp və Demokratlar Partiyasından vitse-prezident Kamala Harris üz-üzə gəlib. 150 milyondan çox amerikalı prezident seçkilərində səs vermək hüququna malikdir. Noyabrın 5-nə, yəni seçki gününə qədər 80 milyona qədər seçici öz seçimini edib.
Seçicilər Kollegiyası hər bir ştatın təmsilçiliyinin əhalidən asılı olduğu ABŞ seçki sistemində həlledici rol oynayır. Seçki kollegiyasında ümumilikdə 538 nümayəndə var və prezidentliyə namizəd seçkilərdə qalib gəlmək üçün 270 səs qazanmalıdır.