Fox News - Dəməşqin yaxınlığında İran yeni hərbi baza yaratdı
Fox News - Dəməşqin yaxınlığında İran yeni hərbi baza yaratdı

Suriyənin paytaxtı Dəməşqin yaxınlığında İran yeni hərbi baza yaradıb, – bu barədə məlumatı Amerikanın Fox News teleşirkəti yayır.

Yayılan məlumata görə, bazada yerləşdirilən ambarlar, raket saxlamaq üçündür.

Qərb xüsusi xidmətləri tərəfindən əldə edilən məlumata görə, İranın hərbi bazası Dəməşqdən şimal-qərb istiqamətinə doğru 12 kilometrlik məsafədə yaradılıb və ona İran İnqilab əsgərinin korpusu nəzarət edir.

Keçən il yenə bir İran bazası isə, Dəməşqdən cənub istiqamətində aşkar edilmişdi və onu İsrail aviasiyası dağıtdı.