Flydubai və Air Arabia Gürcüstana əlavə müntəzəm uçuşlar həyata keçirəcək

14:39, 16.11.2021

“Flydubai” və “Air Arabia” aviaşirkətləri Gürcüstana əlavə müntəzəm uçuşlar həyata keçirəcək. Məlumatı Mülki Aviasiya Agentliyi yayıb.

Aviaşirkətlərin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi reyslərə əsasən, Flydubai və Tbilisi noyabrın 30-dan dekabrın 5-dək, Air Arabia isə noyabrın 30-dan dekabrın 4-dək Şarja və Tbilisi arasında müntəzəm reyslər həyata keçirəcək.

Oxşar