Fiziki qarşıdurma səbəbindən parlamentin xarici əlaqələr və müdafiə komitələrinin birgə iclasına başlamaq mümkün deyil (video)

 

Parlamentdə xarici əlaqələr və müdafiə komitələrinin birgə iclasına başlamaq mümkün deyil. Komitənin iclas salonunda deputatlar arasında fiziki qarşıdurma baş verib.

Komitələrin iclas salonundan kənarda da qarşıdurma müşahidə olunur, müxalifət təmsilçiləri media və qeyri-hökumət sektorunun nümayəndələrini iclasa daxil etməyə çalışırlar ki, bu da mandatur xidməti ilə qarşıdurmanı bərabərində gətirir.

Bu gün parlamentin xarici əlaqələr və müdafiə komitələrinin birgə iclasında “Xalqın Gücü” tərəfindən irəli sürülən qanun layihəsinin müzakirəsi planlaşdırılır.