"Fitch" kredit agentliyi Gürcüstanın suveren reytinqini dəyişməyərək BB səviyyəsində saxlayıb
“Fitch” kredit agentliyi Gürcüstanın suveren reytinqini dəyişməyərək BB səviyyəsində saxlayıb.
Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, bu barədə “Fitch”in dərc etdiyi hesabatda vurğulanır ki, daha yüksək fiskal gəlir səfərbərliyi sayəsində ölkə gözlənilən fiskal hədəflərə nail olub.
“Sənədə əsasən, ortamüddətli perspektivdə fiskal intizamın qorunub saxlanması və büdcə kəsirinin daimi olaraq 3%-dən aşağı, borcun həcminin isə 38%-də qalacağı gözlənilir.
Fitch hesab edir ki, çətinliklərə baxmayaraq, ölkə möhkəm iqtisadi artımı davam etdirir. Onların hesablamalarına görə, ortamüddətli perspektivdə ÜDM-in müsbət artım tempi yenidən müşahidə olunacaq və 5% səviyyəsində sabitləşəcək. Pul sektorunun nisbətən yüksək dollarlaşmasına baxmayaraq, pul siyasəti hələ də effektivdir ki, bu da son illərdə əldə edilən aşağı inflyasiya ilə ifadə olunur. Fitch-in proqnozuna görə, ortamüddətli perspektivdə inflyasiya yenə də 3%-lik hədəfdən aşağı olacaq və 2% daxilində olacaq.
Kredit agentliyi müxtəlif amilləri nəzərə alaraq proqnozu stabildən neqativə dəyişib. Reytinqin perspektivinin dəyişməsi əsasən mövcud siyasi proseslər nəticəsində yaranan gərginliklə və mövcud fonla bağlıdır. Hesabatda qeyd edildiyi kimi, daxili siyasi riskin azalması ölkənin suveren reytinqinə yenidən müsbət təsir göstərəcək. – Məlumatda qeyd olunur.