Fitch Gürcüstanın suveren reytinqini BB səviyyəsində, perpsektivi isə “stabil”də saxlayıb
Fitch Gürcüstanın suveren reytinqini BB səviyyəsində, perpsektivi isə “stabil”də saxlayıb

“Fitch” kredit reytinq agentliyinin məlumatına görə, “BB” reytinqinə malik digər ölkələrlə müqayisədə Gürcüstanın effektiv və etibarlı siyasət çərçivəsi və güclü idarəetmə göstəriciləri ölkənin reytinq mövqeyini möhkəmləndirir.

Fitch-ə görə, rəsmi kreditorların uzunmüddətli dəstəyi makro sabitlik risklərini azaldıb və lazımi maliyyələşməni təmin edib. Kredit baxımından bu güclü tərəflər eyni reytinqə malik olan digər ölkələrlə müqayisədə dövlət borcunun əhəmiyyətli valyuta riskləri, yüksək maliyyə dollarlaşması və zəif xarici sektor maliyyəsi ilə tarazlaşdırılır.

Reytinq agentliyi onu da qeyd edir ki, dekabrda illik inflyasiyanın 13,9 faizə yüksəlməsi dünya əmtəə bazarlarında qiymətlərin artması, larinin ucuzlaşması və kommunal xərclərin artmasıdır.

“Üç faizlik hədəfdən əhəmiyyətli dərəcədə yüksək inflyasiyanın olmasını və qısamüddətli inflyasiya gözləntilərinin artmasını nəzərə alaraq, Milli Bank pul siyasətini sərtləşdirib və siyasət faizini ümumilikdə 250 baza bəndi artıraraq 8 faizdən 10,5 faizə qaldırıb. Milli Bankın 2022-ci ildə də sərt siyasətini davam etdirəcəyini gözləyirik. Yüksək baza effektlərinin izi ilə inflyasiya 2022-ci ilin 2-ci rübündən etibarən azalmağa başlamalıdır. Bununla belə, yüksək inflyasiya gözləntilərinin uzunmüddətli saxlanması zəiflikdir. Biz 2021-ci ildəki 9,6 faizdən sonra 2022-ci ildə orta illik inflyasiyanın yeddi faiz olacağını proqnozlaşdırırıq”, – təşkilat bildirib.

Fitch həmçinin qeyd edir ki, yüksək cari kəsirin kredit reytinqlərinə mənfi təsiri güclü və ardıcıl makro siyasətlərlə kompensasiya edilir.

“Sonuncunun kredit reytinqinə müsbət təsiri Gürcüstanın makro-siyasət çərçivəsinin, o cümlədən etibarlı pul siyasəti çərçivəsinin və ehtiyatlı fiskal strategiyanın möhkəmliyini və ardıcıllığını nəzərdə tutur. Bu siyasətlərin birləşməsi tarixən xarici şoklara, o cümlədən əsas ticarət tərəfdaşı olan ölkələrdə baş verən mənfi hadisələrə qarşı dayanıqlılıq nümayiş etdirib və makroiqtisadi sabitlik üçün riskləri azaldıb”, – Fitch-in bəyanatında deyilir.