"Fitch" Gürcüstanın kredit reytinqini dəyişməyərək BB səviyyəsində saxlayıb və 2023-cü il üçün iqtisadi artım proqnozunu isə 6,9 faizədək artırıb
Beynəlxalq reytinq agentliyi “Fitch” Gürcüstanın suveren kredit reytinqi haqqında yeni qiymətləndirməsini dərc edib.
Hesabatda qeyd edildiyi kimi, agentlik reytinqi dəyişməyərək BB səviyyəsində saxlayıb.
“Fitch”in göstəricilərində ölkənin kredit reytinqi üzrə proqnozunun dəyişmədiyi və müsbət olaraq qaldığı deyilir.
“Fitch”in hesabatında müsbət perspektivi qoruyub-saxlamağa kömək edən amillərə diqqət yetirilir. Söhbət xeyli yüksək iqtisadi artımdan, inflyasiyanın azalmasından, xarici mövqenin yaxşılaşmasından, sağlam və əsaslı makroiqtisadi siyasətin davamlılığından gedir.
Bununla yanaşı, təşkilat 2023-cü il ərzində ölkədə 6,9% iqtisadi artım proqnozlaşdırır, bu da yanvarda dərc edilmiş 4,5% proqnozdan 3,4 faiz bəndi çoxdur.