Finlandiyanın xarici işlər naziri - əminəm ki, biz Gürcüstan üçün yaxşı cavab tapacağıq
Finlandiyanın xarici işlər naziri - əminəm ki, biz Gürcüstan üçün yaxşı cavab tapacağıq

 
Aİ-nin genişlənməsi layiqliliyə əsaslanan prosesdir-bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen Avropa İttifaqı xarici işlər nazirləri şurasının iclasının keçirildiyi Brüsseldə açıqlayıb.

Elina Valtenonun qeyd etdiyi kimi, onlar Gürcüstanda islahatların aparılmasında irəliləyişlə bağlı nikbindirlər.

“Finlandiya Aİ-nin genişlənməsinin tərəfdarıdır. Bu proses layiqlilik üzərində qurulub. Gürcüstanla çox yaxşı müzakirələrimiz oldu və bir çox islahatların həyata keçirilməsində irəliləyişin əlamətlərinə müsbət baxırıq. Əminəm ki, biz Gürcüstan üçün yaxşı cavab tapacağıq” – deyə Elina Valtonen açıqlayıb.