Finlandiya Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
Finlandiya Ukraynaya yeni hərbi yardım paketi ayıracaq. Bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ardıcıl 25-ci yardımın məbləği təxminən 118 milyon avrodur. Ümumilikdə, Müdafiə Nazirliyinin məlumatına görə, Finlandiya Ukraynaya 2,3 milyard avro məbləğində yardım edib.
“Ukraynada müharibə vəziyyəti hələ də ağırdır. Söz verdiyi kimi, Finlandiya bundan sonra da maddi yardım göstərəcək. Tərəfdaş ölkələrə müraciətimiz ondan ibarətdir ki, biz təslim olmamalıyıq”. – Finlandiyanın müdafiə naziri Antti Hakanen bildirib.