"Financial Times" - Gürcüstanın işğalından və Krımın ilhaqından sonra NATO qınama ritorikasından başqa Moskvanı cəzalandırmaq üçün çox az iş görüb
Buxarest sammitindən sonra Kiyev və Tbilisi NATO-nun gələcək üzvləri kimi Qərb və Rusiyanın mövqeyi arasında tələyə düşdülər, lakin alyansın heç bir müdafiəsi olmadan dörd ay sonra Putinin tankları Gürcüstanın şimalına daxil oldu -bu barədə “Financial Times”ın məqaləsində deyilir.
Nəşr yazır ki, Gürcüstanın işğalından və Krımın ilhaqından sonra NATO qınama ritorikasından başqa Moskvanı cəzalandırmaq üçün çox az iş görüb.
Məqalədə Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın Rusiyanın qonşu ölkələri üçün ən təhlükəli yerin “NATO-nun gözləmə zalında oturmaq” olduğu barədə fikri nümunə olaraq çəkilir.
“Biz 15 il əvvəl Gürcüstan və Ukraynaya münasibətdə bunu etmişik”-deyə Estoniyanın xarici işlər naziri qeyd edir.