“Financial Times” – Donald Trampın reytinqi rekord həddə düşdü
ABŞ Prezidenti Donald Trampın reytinqi rekord həddə düşüb ki, bu da vətəndaşların ölkənin iqtisadi vəziyyəti və qiymət artımına qarşı narazılığını göstərir. Bu barədə “Financial Times” yazır. Nəşrin məlumatına görə, noyabrda keçiriləcək aralıq seçkilərə iki aydan az vaxt qalmış, “Focaldata” tərəfindən keçirilən son milli sorğu qeydiyyatda olan seçicilərin yalnız 33%-nin Trampın fəaliyyətini müsbət qiymətləndirdiyini göstərib.
Onların məlumatına ötən ayın sorğusu ilə müqayisədə Trampın ümumi reytinqi 3 faiz, respublikaçı seçicilər arasında isə iki bənd düşərək 72 faizə enib. Respublikaçı seçicilərin 53 faizi onun iqtisadiyyat və iş yerlərinin idarə edilməsi siyasətini dəstəkləyir ki, bu da ötən ayla müqayisədə təxminən səkkiz bənd azdır.
Bununla yanaşı, respondentlərin əksəriyyəti prezidentin rüsumlar və ticarət siyasətindən narazılığını bildirib.
“Financial Times”ın qiymətləndirməsinə görə, ABŞ Prezidenti Donald Trampın əsas köməkçiləri İranla müharibənin eskalasiyasını noyabrda keçiriləcək aralıq seçkilər başa çatana qədər təxirə salmağa çalışırlar ki, Respublikaçılar Partiyasının məğlubiyyətinin qarşısını alsınlar.
“Focaldata” tədqiqat şirkəti tərəfindən sorğu avqustun 28-dən sentyabrın 1-nə qədər olan dövrdə keçirilib. Onlar 1914 qeydiyyata alınmış seçici arasında sorğu aparıblar, tədqiqatın xəta payı isə 2.6 faiz bəndidir.