"Financial Times" - Avropa Komissiyası Ukraynaya iyunda Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağı təklif edəcək
"Financial Times" - Avropa Komissiyası Ukraynaya iyunda Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağı təklif edəcək

Avropa Komissiyası Ukraynaya iyunda Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağı təklif edəcək. – Bu barədə “Financial Times” anonim mənbəyə əsaslanaraq yazır.

“Avropa Komissiyası bu gün Ukraynanın korrupsiyaya qarşı mübarizə tədbirləri, siyasi lobbiçiliyə məhdudiyyətlər, məmurların əmlakının bəyan edilməsi qaydaları və azlıqların müdafiəsi baxımından yerinə yetirilməmiş qalan meyarlara cavab verdiyini elan edəcək. Avropa Komissiyası hər iki ölkəyə Aİ-yə üzvlük ümidləri barədə müsbət siqnal göndərmək üçün bu ay Kiyev və Kişinyovla rəsmi danışıqlara mümkün qədər tez başlamaq istəyir”, – məqalədə deyilir.

“Financial Times”ın yazdığı kimi, üzvlük danışıqlarının başlaması Avropa İttifaqına tez bir zamanda daxil olmaq və ya ümumiyyətlə, zəmanətli qəbul demək deyil. Danışıqların gedişi və müddəti həm namizəd ölkədə islahatların gedişindən, həm də Aİ ölkələrinin siyasi iradəsindən asılıdır.