“Financial Times” – Avropa İttifaqı Donald Trampın Co Bayden administrasiyasının əmr və sanksiyalarının əhəmiyyətli bir hissəsini ləğv edə biləcəyindən narahatdır

17:59, 10.01.2025

Avropa İttifaqında narahatlıqlar var ki, Donald Tramp prezident postuna gəldikdən sonra Co Bayden administrasiyasının əmr və sanksiyalarının əhəmiyyətli bir hissəsini, o cümlədən Rusiya ilə bağlı olanları ləğv edə bilər. Bu barədə “Financial Times” məlumat yayıb.

Media orqanının yazdığı kimi, Avropa Komissiyasının rəhbərliyi Baydenin əsas qərarlarını nəzərdən keçirməyə başlayıb. Onların arasında ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ticarət və kibertəhlükəsizlik sahəsində qəbul edilib. KİV-in məlumatına görə, baxışın keçirilməsinə səbəb qərarlarda hansı dəyişikliklərin Aİ tədbirlərinə daha çox təsir edəcəyini qiymətləndirməkdir.

“Trampın icra sərəncamlarını Bayden tərəfindən imzalandığı üçün ləğv edə biləcəyi təhlükəsi var. Bunun bizə necə təsir edə biləcəyini başa düşməliyik”. – adının açıqlanmasını istəməyən Avropalı yüksək vəzifəli məmurlardan biri nəşrə bildirib.

“Financial Times” yazır ki, Avropa İttifaqında ən böyük narahatlıq Ukraynaya genişmiqyaslı müdaxiləyə cavab olaraq 2022-ci ildə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mümkün ləğvi ilə bağlıdır. Avropa İttifaqı ümid edir ki, Donald Tramp sanksiyaları qüvvədə saxlayaraq müharibəni dayandırmaq üçün gələcək danışıqlarda təsir rıçaqları kimi istifadə edəcək.

Oxşar