Filippinlərdə 6.3 bal gücündə zəlzələ baş verdi.
Məlumatı “Reuters” agentliyi ölkənin seysmoloji xidmətinə istinad edərək yayır.
Zəlzələnin episentri Maqsaisdən 6 kilometrdə, 15 kilometr dərinlikdə qeydə alındı.
İndiyədək itki və dağıntı barədə məlumat yayılmır.