Filip Riker - Cenevrə danışıqlarında Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü və davamlı dəstəyimizi bir daha təsdiqlədik
Filip Riker - Cenevrə danışıqlarında Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü və davamlı dəstəyimizi bir daha təsdiqlədik

 

Cenevrə danışıqlarında Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü və davamlı dəstəyimizi bir daha təsdiqlədik-bu barədə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bildirib.

Filip Riker ABŞ-ın məcburi köçkünlərin və qaçqınların məsələlərindən narahat olduğunu bildirib.

“Dövlət katibi Blinken məndən Cənubi Qafqaz məsələləri üzrə baş məsləhətçi olmağımı xahiş etdi. Bu status Cenevrə danışıqlarında Amerika nümayəndə heyətinə rəhbərlik edilməsini nəzərdə tutur və biz burada həmişə etdiyimiz kimi, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə güclü və davamlı dəstəyimizi bir daha təsdiqlədik. 2008-ci ilin altı bəndlik sazişinin yerinə yetirilməsi zəruridir və əlbəttə ki, biz məcburi köçkünlər və qaçqınlarla bağlı məsələlərdən narahatıq və bu məsələ bundan sonra da bizim diqqət mərkəzimizdə olacaq. Tbilisidən Amerika səfirliyinin əməkdaşları da mənə qoşuldular və indi mən Vaşinqtona qayıdacağam və bu barədə dövlət katibinə məruzə edəcəyəm ” -deyə Riker bildirib.