Yerli Kuba mətbuatının yaydığı xəbərə görə, keçmiş Kuba lideri Fidel Kastronun oğlu 68 yaşlı oğlu Havanada intihar edib.
Depressiyadan əziyyət çəkdiyi deyilən Fidel Angel Castro Diaz-Balart cümə axşamı səhər saatlarında ölü tapılıb.
Keçmiş prezidentin böyük oğlu ailəvi bənzərliyinə görə “Fidelito”, ya da Kiçik Fidel adlandırılıb.
O, Sovet İttifaqında yetişdirilən nüvə fiziki olub.
Kubanın rəsmi qəzeti olan Granma yazır ki, “Həkimlər tərəfindən bir neçə aydır dərin depressiya səsəbindən müalicə alan Fidel Castro Diaz-Balart öz həyatına son verib”.
Dövlət televiziyası onun dəfninin ailə tərəfindən planlaşdırıldığını desə də, ətraflı məlumat verməyib.
Onun atası Fidel Castro inqilabçı olub və dünyada ən çox dövlət başçısı postunu tutanlardan biri kimi tarixdə qalıb.
Fidel Castro 2016-cı ildə 90 yaşında vəfat edib.