Fevralın 2-dək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Fevralın 2-dək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir-bu haqda Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.
Sinoptiklər, yalnız yanvarın 30-da Şərqi Gürcüstanın bəzi rayonlarında zəif qar yağacağını, duman olacağını proznozlaşdırırlar.
“Yanvarın 30-da Tbilisidə zəif qar, duman müşahidə oluna bilər, fevralın 2-dək isə hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz +5, +8 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +10, +12 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +10, +12 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): havanın temperaturu gündüz +6, +8 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): havanın temperaturu gündüz -1, +1 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): yanvarın 30-da bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı, fevralın 2-dək isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +5, +8 dərəcə isti qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): yanvarın 30-da bəzi yerlərdə zəif qar və duman müşahidə oluna bilər, fevralın 2-dək hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +4, +7 dərəcə isti qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro): yanvarın 30-da bəzi yerlərdə zəif qar və duman müşahidə oluna bilər, fevralın 2-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 0, +5 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): yanvarın 30-da bəzi yerlərdə zəif qar və duman müşahidə oluna bilər, fevralın 2-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 0, -5 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.