Fevralın 13-14-də Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, fevralın 15-dən hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
Fevralın 13-14-də Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, fevralın 15-dən hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir

 
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, fevralın 13-14-də Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gündüz saatlarında havanın temperaturu aran bölgələrində +20, +25 dərəcəyədək yüksələcək, fevralın 15-dən isə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir, müvafiq olaraq havanın temperaturu da aşağı düşəcək.

“Fevralın 13-14-də Tbilisidə isti və yağmursuz hava şəraiti müşahidə olunacaq, fevralın 15-də isə az miqdarda yağış yağacağı gözlənilir. Havanın temperaturu fevralın 13-14-də gündüz saatlarında +20, +22, fevralın 15-də isə +15, +17 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): 13-14 fevralda hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə qeydə alınacaq, fevralın 15-də isə yağış yağacağı, şimşək çaxacağı da gözlənilir. Havanın temperaturu aşağı düşəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti): 13-14 fevralda hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +23, +25 dərəcə qeydə alınacaq, fevralın 15-də isə yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı, temperaturun da aşağı düşəcəyi gözlənilir.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): fevralın 13-14-də hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +21, +23 dərəcə qeydə alınacaq, fevralın 15-də isə yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı, temperaturun da aşağı düşəcəyi gözlənilir.

Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): fevralın 13-14-də hava isti, yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +13, +15 dərəcə qeydə alınacaq, fevralın 15-də isə yağış yağacaq, havanın temperaturu da aşağı düşəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): 13-14 fevralda hava isti, yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +21, +23 dərəcə qeydə alınacaq, fevralın 15-də isə bəzi yerlərdə yağış yağacağı, temperaturun da aşağı düşəcəyi gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): hava şəraitinin isti və yağmursuz olacağı gözlənilir. Fevralın 13-14-də havanın temperaturu gündüz saatlarında +21, +23 dərəcə qeydə alınacaq. Fevralın 15-də isə bəzi yerlərdə az miqdarda yağış yağacağı, havanın temperaturunun da aşağı düşəcəyi ehtimalı var.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axalsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro): fevralın 13-14-də hava isti və yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +16, +18 dərəcə qeydə alınacaq, fevralın 15-də isə bəzi yerlərdə yağış yağacağı, temperaturun da aşağı düşəcəyi gözlənilir.

Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): fevralın 13-14-də hava nisbətən isti, yağmursuz keçəcək. Gündüz saatlarında havanın temperaturu +10, +12 dərəcə qeydə alınacaq, fevralın 15-də isə bəzi yerlərdə qar yağacağı, temperaturun da aşağı düşəcəyi gözlənilir” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.