Türkiyədə 2018-ci ildə 47 qadın öldürüldü.
Bu məlumatı Türkiyədə qadınların hüquqlarını qoruyan qeyri-hökümət təşkilatı We Will Stop Femicides Platform yayır.
Həmin təşkilatın göstəricilərinə görə, yanvarda Türkiyədə 28 qadın öldürüldü.
İnsan hüquqlarının qoruyucuları tərəfindən hazırlanan hesabata görə, fevralda öldürülən 47 qadından 21 evində, 7-si küçədə, 3-ü maşında, ikisi isə, iş yerində öldürülüb. Qurbanların 26%-i öz həyat yoldaşları tərəfindən öldürülüb.
Qeyri-hökümət təşkilatı qeyd edir ki, Türkiyədə femisidin yüksək göstəriciləri ilə bərabər, uşaqlara cinsi zorakılıq halları da çoxdur.
Hesabatda verilən göstəricilərə əsasən, 2017-ci ildə Türkiyədə, 409 qadın öldürüldü, 387 uşaq isə, cinsi zorakılıq qurbanı oldu.