Fətullah Gülənin təşkilatı ilə əlaqə ittihamı ilə, Türkiyədə daha 170 nəfərin həbs olunması orderi verildi
İstanbul prokurorluğu, Amerikada yaşayan Fətullah Gülənin təşkilatı ilə əlaqə ittihamı ilə, Türkiyədə daha 170 nəfərin həbs olunması orderi verildi. Onlar arasında keçmiş hərbiçilər var.
Əməliyyat tədbirləri İstanbulda və ölkənin 38 müxtəlif bölgəsində həyata keçirilir. Hal-hazırda 22 nəfərin saxlanıldığı xəbər verilir, reydlər davam etdirilir.
Hərbi çeviriliş cəhdi Türkiyədə 2016-cı il iyulun 16-da baş verdi. Hakimiyyət təşkilatçı kimi Fetullah Güləni adlandırdı. Bundan sonra ölkədə kütləvi həbslər və işdən azad etmə başladı. Hazırda 50 000 insan həbsdədir. 150 mindən artıq isə işini itirdi.
Fevralın 1-də Fətullah Gülənin təşkilatı ilə əlaqə ittihamı ilə, Türkiyədə 120 nəfərin həbs olunması orderi verildi