Fətullah Gülən ilə əlaqə ittihamı ilə Türkiyə Silahlı Qüvvələrindən 3000-ə qədər hərbiçini azad edəcəklər
Fətullah Gülən ilə əlaqə ittihamı ilə Türkiyə Silahlı Qüvvələrindən 3000-ə qədər hərbiçini azad edəcəklər.
“FETO üzvlərini aşkar etmək üçün ağır işlər həyata keçirdik. Türkiyə ordusunda bu strukturun 3000-ə qədər gizli üzvü aşkar olundu. Onların azad olunması tələbi ilə baş nazir administrasiyasına artıq müraciət göndərdik”, – Nurettin Çanikli bəyan etdi.
Türkiyə hakimiyyəti Fətullah Güləni 2016-cı il iyulun 16-da dövlət çevrilişinin hazırlanması və həyata keçirilməsi cəhdində günahlandırır. Türkiyə ABŞ-dan Gülənin ekstradisiyasını tələb edir. Gülənin özü isə dövlət çevrilişinin cəhdində iştirakını inkar edir.