Fərdi Məlumatların Mühafizəsi Xidmətində, "Silknet" istifadəçilərinin identifikasiya məlumatlarının icazəsiz yayılmasının mümkün faktı üzrə araşdırma aparıldığını açıqlayıblar
Fərdi Məlumatların Mühafizəsi Xidmətində, “Silknet” istifadəçilərinin identifikasiya məlumatlarının icazəsiz yayılmasının mümkün faktı üzrə araşdırma aparıldığını açıqlayıblar.
Fərdi Məlumatların Mühafizəsi Xidmətindən verilən məlumata görə, qeyd olunan faktla bağlı quruma fiziki şəxs məlumat verib və araşdırmalara başlanılıb.
“Məlumatların təhlükəsizliyi tədbirlərinə əməl olunması və insident barədə Fərdi Məlumatların Mühafizəsi Xidmətinə məlumat vermək öhdəliyinin yerinə yetirilməsi ilə bağlı məsələnin araşdırması aparılır”- Fərdi Məlumatların Mühafizəsi Xidmətində açıqlayıblar.
Məlumat üçün bildirək ki, “Silknet” şirkətində kiçik bir qrup istifadəçinin, ehtimal ki, 2000-ə qədər insanın identifikasiya məlumatlarına icazəsiz giriş və yayılmasının mümkün faktı ilə bağlı kompüter insidentinə qarşı cavab tədbirləri görüldüyünü açıqlayıblar.