Paravani aşırımında avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Çətin meteoroloji şərait (çovğun və yolların buz bağlaması) ilə əlaqədar daxili dövlət əhəmiyyətli Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94 km-113 km hissəsində (Paravani aşırımı) bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.
Qurumdan verilən məlumata görə, magistralın qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.