Fələstinli həkimlərin bildirdiyinə görə, Qəzza zolağında iki məktəbə endirilən aviazərbələr nəticəsində azı 15 nəfər həlak olub, İsrail ordusu isə HƏMAS-ın komanda və nəzarət mərkəzlərini vurduğunu bildirib

İsrailin Qəzza zolağında iki məktəbə hücumu nəticəsində ən azı 15 fələstinli ölüb, 30-u yaralanıb. Reuters xəbər verir ki, bu barədə Fələstin tibb işçilərinə istinadən məlumat yayıb.

İsrail ordusu Qəzzada iki məktəbdə yerləşən HƏMAS-ın komanda və nəzarət mərkəzlərinə zərbələr endirib. Eyni zamanda İsrail tərəfi HƏMAS-ı mülki əhalidən və mülki infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edib, HƏMAS bunu rədd edir.

“Həmas terrorçuları və komandirləri məktəb binalarından komanda və idarəetmə mərkəzləri kimi istifadə ediblər və oradan İDF qoşunlarına və İsrail dövlətinə hücumlar planlaşdırıblar”, – İsrail ordusu bildirib.

Hücumdan sonra yayılan video görüntülərdə fələstinlilərin dağıntılar altında sağ qalanları axtardığı görünür. Xəsarət alan azyaşlıların yerli xəstəxanada müalicəsi davam edir.