Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İordan çayının qərb sahilinin Tulkərm şəhərinə İsrailin hücumları nəticəsində 3 fələstinli həlak olub
İsrailin İordan çayının qərb sahilinin Tulkərm şəhərində həyata keçirdiyi hücumlar nəticəsində biri azyaşlı olmaqla 3 fələstinli həlak olub. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrail ordusunun məlumatına görə, onlar “terror infrastrukturu”na qarşı əməliyyat keçirirmişlər. Əməliyyat zamanı Fələstin Qaçqınlara Yardım Agentliyinin tibb klinikası dağıdılıb, yollar da zədələnib.
Eyni zamanda “Hizbullah”ın İsrailin şimalında yerləşən şəhərlərə raket hücumu nəticəsində iki israilli həlak olub. İsrail tərəfi məlumat yayır.
“Hizbullah”ın məlumatına görə, onlar İsrail qüvvələrinə bir neçə dəfə raket və artilleriya zərbələri endiriblər.