Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrail ordusu Qəzzanın ən böyük xəstəxanasını ağ fosforla bombalayıb
Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrail ordusu Qəzzanın ən böyük xəstəxanasını ağ fosforla bombalayıb

Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrail ordusu Qəzzanın ən böyük, Əl-Şifa xəstəxanasını ağ fosforla bombalayıb.

Fələstin administrasiyasının səhiyyə naziri Mai Əl-Kaila İsrailin Qəzza sektorunda soyqırım törətdiyini bildirib.

“HƏMAS”ın Qəzzadakı Səhiyyə Nazirliyi Əl-Şifa xəstəxanasında əməliyyatların dayandırıldığını açıqlayıb.

Eyni zamanda “BBC” xəbər verir ki, Əl-Şifa xəstəxanasının intensiv terapiya şöbəsinə mərmi düşüb və ərazidə atışma və partlayış səsləri eşidilir.

Yayılan məlumatlara görə, xəstəxanada hazırda su, yemək və işıq yoxdur. İnsanların öldüyü barədə məlumatlar var. Beynəlxalq Qırmızı Xaç və Aypara Komitəsinin Yaxın Şərq üzrə regional rəhbəri Fabrizio Karboni yazır ki, Əl-Şifa xəstəxanasından alınan məlumatlar narahatedicidir və minlərlə yaralı, köçkün və tibb işçisi risk altındadır, bu belə davam edə bilməz.