Fələstin Administrasiyası İsrail ordusunun İordan çayının qərb sahilində keçirdiyi əməliyyat zamanı 10 nəfərin öldüyünü, 30-dan çoxunun yaralandığını bildirir

12:49, 22.01.2025

İsrail ordusunun İordan çayının qərb sahilində keçirdiyi əməliyyat zamanı 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Bu barədə ərəb mediası məlumat yayır.

Fələstin Administrasiyası İsrail təhlükəsizlik qüvvələrinin Cenin şəhərində mülki şəxslərə və Fələstin Muxtariyyətinin təhlükəsizlik işçilərinə atəş açdığını açıqlayıb. Cenin bölgəsinin rəhbəri Kamal Əbu ər-Rubi bildirib ki, İsrailin hərəkəti işğaldır.

Fələstin Administrasiyası Cenində İsrail helikopterləri və hərbi maşınlarının peyda olduğunu bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail qüvvələrinin İordan çayının qərb sahilinin Cenin şəhərində keçirdiyi əməliyyat təhlükəsizliyi gücləndirmək üçün növbəti addımdır. İsrail mətbuatının məlumatına görə, “Dəmir divar” adlanan əməliyyatın bir neçə gün davam edəcəyi gözlənilir.

Oxşar