Fəlakət zonasından fotolar - İtaliyada körpünün dağılması nəticəsində ölənlərin sayı artıb
Bu vaxta qədər mövcud olan məlumata görə, İtaliyanın liman şəhəri Genuada körpünün dağılması nəticəsində 22 nəfər həlak oldu. Onlarca insan isə, ağır xəsarət aldı.
Həlak olanlar arasında az yaşlı uşaq da var.
Hadisə səhər saatlarında baş verdi.
Körpünün 200 metrlik hissəsi qəflətən dağıldı və beton massası onun altında olan yaşayış korpusunun üstünə çökdü.
Körpünün dağıldığı zaman, üstündəki maşınlar da aşağı sürüşdülər.
1960-cı ildə tikilən körpünün rekonstruksiyası 2016-cı ildə keçirildi, ancaq yerli əhalinin bəyanatına görə, körpüdə təmir işləri tez-tez aparılırdı.
İlkin məlumata görə, körpünün dağılmasının səbəbi olaraq, inşaat konstruksiyasının zəyif olması adlandırılır.