Fəlakət zonasında xilasetmə əməliyyatları artıq doqquzuncu gündür davam edir
Oni Munisipalitetində, fəlakət zonasında, xilasetmə əməliyyatları doqquzuncu gündür davam edir. Prosesə polis bölmələri, fövqəladə halların idarə olunması xidmətinin yanğınsöndürənləri və xilasediciləri, o cümlədən kinoloqlar qrupu, sərhəd polisinin helikopterləri, dronlar və xüsusi texnika cəlb olunub.
Təbii fəlakət zonasında Müdafiə Nazirliyinin və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin əməkdaşları da işləyirlər.
Təbii fəlakət zonasında ölənlərin sayı 22-yə yüksəlib. Mövcud məlumata görə, 11 nəfər axtarılır.