Fəlakət Kaxeti kəndlərində məhsulu məhv etdi
Fəlakət Kaxeti kəndlərində məhsulu məhv etdi

Güclü külək və dolu Kaxeti kəndlərinə – Sinandali, Vinta, Buşeti və Kvemo Xodaşeniyə ziyan vurdu.

Fəlakət nəticəsində üzüm bağları, meyvə ağacları, tərəvəz və bağ bitkiləri məhv oldu. Yerli əhali bəyan edir ki, bu il üzüm məhsulsuz qalacaqlar.

“Bu cür güclü küləyi xatırlamırıq. Üstünə dolu artdı və təsəvvür edin, qozun məhsulunu məhv edən dolu üzüm bağını nə günə salardı. İndi günəş çıxanda, üzüm bağını daha pis günə salacaq. Saat 12:00-da başlayan dolu bağın kölgəli yerlərində indi də var. Nə qarğıdalı, nə pomidor və nə də lobya qaldı. Nə də sığortalamamışdıq, çünki hektarlarımız yoxdur və kiçik sahənin sığortalanmasını düşünməmişimk”, – Sinandali sakini, Kako Zuliaşvili bəyan etdi.

Sel Sinandali kəndinin mərkəzi yoluna daş-çınqıl gətirdi. Təmizləmə işləri səhərdən həyata keçirilir.

Təbii fəlakətdən zərə çəkən kəndlərdə səhərdən Telavi Meriyasının komissiyası işləyir və ziyanı hesablayır.