Fəlakət bölgəsində xilasetmə tədbirləri davam edir
Fəlakət bölgəsində xilasetmə tədbirləri davam edir

 
Gecə boyu xüsusi işıqlarla fəlakət bölgəsində fasiləsiz olaraq axtarış-xilasetmə əməliyyatı aparılıb. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürənləri və xilasediciləri artıq beşinci gündür Oni Munisipalitetində xilasetmə əməliyyatı aparırlar.

Sərhəd polisinin iki helikopteri səhər saatlarında fəaliyyətini bərpa edib. Xilasetmə tədbirlərinə polis bölmələri, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin kinoloqlar qrupu, Müdafiə Nazirliyinin və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin əməkdaşları cəlb olunublar. Ərazidə dronlar və xüsusi texnika işləyir.

İndiyədək xilasedicilər tərəfindən 18 cəsəd tapılıb.