Fəlakət bölgəsində xilasetmə əməliyyatı altıncı gündür davam edir
Fəlakət bölgəsində xilasetmə əməliyyatı altıncı gündür davam edir

 
Oni Munisipalitetində, Şovidə, fəlakət bölgəsində xilasetmə əməliyyatı altıncı gündür davam edir.

Gecə boyu təbii fəlakət zonasında xüsusi işıqlarla fasiləsiz olaraq axtarış-xilasetmə əməliyyatı aparılıb.

Eyni zamanda, Müdafiə Qüvvələrinin hərbçiləri ərazidə işləməyə davam edirlər. Hərəkətin imkansız olduğu sürüşmənin baş verdiyi ərazidə yığma piyada körpüləri quraşdırılıb.

Fəlakət bölgəsində helikopterlər də fəaliyyətlərini bərpa ediblər.

Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan məlumata görə, 18 nəfər ölüb, 17 nəfər isə təbii fəlakət zonasında axtarılır.

Xilasetmə əməliyyatı çərçivəsində 200-dən çox insan təhlükəsiz əraziyə çıxarılıb.