Fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları gecə boyu davam edəcək [foto]
Fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları gecə boyu davam edəcək [foto]

Fövqəladə Hallar Xidməti bildirir ki, təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları gecə boyu davam etdiriləcək.

Xidmətin rəhbəri Temur Mğebrişvilinin sözlərinə görə, hadisə yerində iki helikopter işləyir.

“Axtarış-xilasetmə əməliyyatları gecə boyu davam edəcək. İki helikopter işləyir və bütün vətəndaşlar fəlakət zonasından çıxarılana qədər işləməyə davam edəcək”, – Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, artıq 70-ə yaxın insan təbii fəlakət bölgəsindən təxliyə edilib.