Federika Mogerini - Gürcüstan iqtidarının, administrativ xəttlərin yanında sülh körpülərini tikmək təşəbbüsünü dəstəkləyirik
Federika Mogerini - Gürcüstan iqtidarının, administrativ xəttlərin yanında sülh körpülərini tikmək təşəbbüsünü dəstəkləyirik

“Gürcüstan iqtidarı tərəfindən bugün təqdim edilən “Daha yaxşı gələcək üçün addım” adlı təşəbbüs paketinin administrativ xəttlərin hər iki tərəfində yaşayan insanlara təhsil, ticarət və digər sahələrdə xeyir gətirəcəyinə inanırıq” – bu barədə bəyanatı Avropa İttifaqının Ali Nümayəndəsinin mətbuat katibi Federika Mogerini verdi.

“Bu məsələ ilə bağlı Gürcüstan parlamentində aparılacaq disskussiyaları və qeyd olunan təşəbbüsün həyata keçirilmə təşəbbüsünü səbirsizliklə gözləyirik” – dedi Mogerini.

Xatırladaq ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında “Daha yaxşı gələcək üçün addım” adlı yeni sülh təşəbbüsünü təqdim etdi.

Baş nazir qeyd etdi ki, bu ölkənin sülh və sabitlik içində inkişafının alternativsiz yolu olan bir təşəbbüsdür.

Onun dediyinə görə, sülh təşəbbüslərinin qanunvericilik dəyişikliklər paketi üç əsas istiqaməti əhatə edir.

Birinci- Administrativ bölücü xəttlərin ətrafında ticarətin genişləndirilməsi və asanlaşdırılması;

İkincisi – Keyfiyyətli təhsil almaq üçün əlavə imkanlar yaratmaq və təhsilin əlyetərliyini təmin etmək, necə ölkə daxilində, eləcə də xaricdə.

“Bizim üçün vacibdir ki, administrativ xəttlərin digər tərəfindəki gənclərin keyfiyyətli təhsil almaq imkanları olsun. Növbəti nəsil birləşmiş Gürcüstanda yaşamalıdır” – dedi baş nazir.