"Fayzer" şirkətində bəyan edirlər ki, onların vaksinası koronavirusun həm "Britaniya ştamı", həm də "Afrikan ştamına" qarşı mübarizədə effektivdir
"Fayzer" şirkətində bəyan edirlər ki, onların vaksinası koronavirusun həm "Britaniya ştamı", həm də "Afrikan ştamına" qarşı mübarizədə effektivdir

Amerikan “Fayzer” şirkətində bəyan edirlər ki, onların vaksinası COVİD-19-un həm “Britaniya ştamı”, həm də “Afrikan ştamına” qarşı mübarizədə effektivdir.

Bu haqda məlumatı “Asoşieted Press” yayır.

Tədqiqatçılar “Fayzer” və Alman şirkəti “Bionteksin” vaksinası ilə peyvənd edilən insanların qan analizlərini yoxladılar və bəlli oldu ki, bu insanların bədənləri COVİD-19-un yeni ştamına qarşı müvəffəqiyyətlə mübarizə aparıblar.

“Fayzerdə” bəyan edirlər ki, tədqiqatların nəticələri ümidləndiricidir və COVİD-19-un yeni variantı onların vaksinası üçün problem yaratmır.

Xatırladaq ki, koronavirusun yeni ştamı Avropanın 22 ölkəsində aşkarlanıb.