Bu gün faşizm üzərində qələbənin 79-cu ildönümü qeyd olunur. Tarixi qeyd etmək üçün insanlar səhər saatlarından veteranların mədəniyyət və istirahət (Kikvidze) parkına toplaşıblar. Baş nazir, hökumətin üzvləri, parlamentin sədri, deputatlar parkda olublar və müharibənin veteranlarını faşizm üzərində Qələbə Günü münasibətilə təbrik ediblər.
1945-ci ilin mayın 8-də Almaniyanın kapitulyasiya elan etməsindən sonra İkinci Dünya Müharibəsi başa çatdı. 9 May isə faşizm üzərində Qələbə Günü elan edildi. İkinci Dünya Müharibəsi Gürcüstanda ağır iz buraxdı – ölkəmiz 300 000-ə qədər əsgər itirdi.
Gürcüstanda İkinci Dünya Müharibəsinin 74 veteranı yaşayır.